RU

Xətaidə Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir - Foto

2026-cı il aprelin 15-də Xətai rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs etmiş, Azərbaycan tibb elminin inkişafına verdiyi töhvədən danışmışdır. Ramil Mirzəyev Zərifə xanım Əliyevanı görkəmli oftalmoloq-alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət kimi xarakterizə etmiş, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmışdır. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Zərifə xanım Əliyevanın insanlara göstərdiyi diqqət və qayğını hər bir Azərbaycan vətəndaşı üçün nümunə kimi səciyyələndirmiş, oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını və yeni nəsil həkimlər üçün bir məktəb kimi xüsusi önəm daşıdığını vurğulamışdır. Akademik Zərifə xanım Əliyeva Azərbaycan qadınının simvoludur, onun keçdiyi həyat yolu və elmi fəaliyyəti gənclər üçün böyük motivasiya mənbəyidir – deyən millət vəkili Pərvanə Vəliyeva bildirmişdir ki, görkəmli alimlərin irsinin tədqiq olunması və yaşadılması istiqamətində həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov çıxışında akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışmış, onun elmi araşdırmaların, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bildirmişdir. Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov çıxış edərək akademik Zərifə Əliyevanın insanpərvərliyindən və həkim etikası sahəsində göstərdiyi nümunəvi fəaliyyətindən bəhs etmişdir. O bildirmişdir ki, Zərifə xanım hər zaman xəstələrə xüsusi həssaslıqla yanaşmış, onların sağlamlığını öz həyatının əsas məqsədlərindən biri hesab etmişdir. Tibb elmləri doktoru, əməkdar həkim Kənan Yusifzadə çıxışında akademik Zərifə xanım Əliyevanın elmi yanaşmalarının müasir tibbin bir çox istiqamətlərində tətbiq olunduğunu qeyd etmiş və bildirmişdir ki, Zərifə xanımın yetirmələri bu gün də onun elmi ənənələrini davam etdirərək Azərbaycan tibb elmini daha da inkişaf etdirirlər. M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin keyfiyyət üzrə komitə rəhbəri Səlmin Quliyeva çıxışında akademik Zərifə Əliyevanın həyat fəlsəfəsindən və yüksək insani keyfiyyətlərdən bəhs etmiş, onun məsuliyyət, zəhmətkeşlik və insanlara sevgi kimi xüsusiyyətlərinin hər bir tibb işçisi üçün örnək olduğunu qeyd etmişdir.

Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən filmin nümayişi ilə yekunlaşmışdır.

Избранный
3
3
buta.tv

4Источники