RU

Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 9,8 milyon ABŞ dolları həcmində pul köçürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə məbləğdə 1,51% azalma qeydə alınıb. Ən çox pul köçürmələri 3,54 milyon ABŞ dolları olmaqla mart ayının payına düşüb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 15,74 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 34% çoxdur.

Qonşu ölkədən Azərbaycana ən çox pul köçürmələri 5,80 milyon ABŞ dolları olmaqla mart ayında göndərilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
4
cebheinfo.az

6Источники