RU

İran üç dənizi bağlayır

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İran üç dənizi bağlaya bilər. 

“Cebheinfo.az” “İran İnternational” - ə istinadən xəbər verir ki, SEPAH ABŞ və Körfəz ölkələrini üç dənizdə gəmilərin hərəkətini bloklayacağı ilə hədələyib. 

Qeyd edək ki, Tehran ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə beynəlxalq ticarəti dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı yayımladığı bəyanatda bildirib ki, ABŞ bölgədə “qanunsuz dəniz blokadasını” davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerlərinin təhlükəsizliyini təhdid edərsə, İran Silahlı Qüvvələri sərt addımlar atacaq.

Bəyanatda vurğulanıb ki, belə bir vəziyyətdə İran Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək.

SEPAH ABŞ-ni “təcavüzkar və terrorçu” adlandıraraq, mümkün eskalasiyanın məsuliyyətinin Vaşinqtonun üzərinə düşəcəyini bildirib.

Yunis Abdullayev 

“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
cebheinfo.az

2Источники