RU

Yaşıl Kart sistemi üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri açıqlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlar üçün müvafiq sığorta xidmətini təqdim edən şirkətlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) məlumat yayıb.

Yaşıl Kart sistemi üzrə xidmət göstərən sığorta şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.

İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Избранный
2
3
azertag.az

6Источники