RU

Çermet körpüsünün asfalt örtüyündə PROBLEM

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində, "Çermet" körpüsü üzərində asfalt örtüyündə problem yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, körpünün üzərində iri oyuq yaranıb. Bu da hərəkətə mane olmaqla yanaşı gələcəkdə yarana biləcək təhlükələrdən xəbər verir.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, əraziyə baxış keçiriləcək, hər hansı problem varsa aradan qaldırılacaq.

Ərazidən görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
baku.ws

1Источники