RU

Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Zəngilan. Trend:

Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsindəəməkdaşlıq genişləndirilir.

Trend-inQarabağ bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müaviniAleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan–RusiyaHökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanıdeyib.

Overçukun sözlərinə görə, Azərbaycan və Rusiya Avrasiyaməkanında nəqliyyat bağlantılarının gücləndirilməsi istiqamətindəstrateji tərəfdaşlığı inkişaf etdirir. O, xüsusilə “Şimal–Cənub”Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yeni beynəlxalq əlavədəyər zəncirlərinin formalaşdığını qeyd edib.

Rusiya rəsmisi dəhlizin qərb marşrutunun inkişafına və əvvəlkirazılaşmaların icrasına xüsusi diqqət yetirildiyini vurğulayıb.Onun sözlərinə görə, layihə regionda ticarət və logistikaaxınlarının daha səmərəli təşkilinə imkan yaradır.

Overçuk həmçinin ötən il Bakıda keçirilən üçtərəfli görüşüxatırladaraq, Azərbaycan və İran tərəfi ilə birlikdə Astarakeçidindəki nəqliyyat-logistika infrastrukturuna baxışkeçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın Astaradakıinvestisiyaları nəticəsində yaradılan logistika mərkəzindən artıqaktiv istifadə olunur.

Rusiya tərəfi bu istiqamətdə işlərin davam etdirilməsininvacibliyini vurğulayıb.

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники