RU

Ukrayna dronları tankerə hücum etdi

Ukrayna qüvvələrinin Liberiya bayrağı altında üzən tankerə hücum etdiyi bildirilir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun açıqlamasına görə, hadisə Krasnodar diyarı yaxınlığındakı dəniz zonasında baş verib. 

Məlumata əsasən, Liberiya bayrağı altında hərəkət edən neft tankerinə Ukraynaya məxsus dronlarla hücum edilib.

Nəticədə Türkiyə vətəndaşı olan gəmi kapitanı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

Избранный
1
1
cebheinfo.az

2Источники