RU

Ötən il Azərbaycan və Rusiya arasında arasında turist axını 700 min nəfəri ötüb

Zəngilan. Trend:

Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlıqdinamik şəkildə genişlənir.

Trend-inQarabağ bürosunun verdiyi məlumata görə, Rusiyanın Baş nazirininmüavini Aleksey Overçuk bu barədə Zəngilanda keçirilənAzərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasındaməlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkəarasında turist axını 700 min nəfəri ötüb. Rusiya FederasiyasındanAzərbaycana 500 mindən çox səfər, Azərbaycandan Rusiyaya isətəxminən 200 min səfər həyata keçirilib.

A.Overçuk bildirib ki, qarşılıqlı turizm axınının artmasıtərəflər arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinəmühüm töhfə verir.

O, həmçinin Xəzər dənizində kruiz turizminin inkişafı və MDBölkələri üçün ortaq geoportalın yaradılmasının gələcəkdəinvestisiya və turizm imkanlarını daha da genişləndirəcəyinivurğulayıb.

Избранный
36
az.trend.az

1Источники