“Benfika”nın baş məşqçisi Joze Mourinyo karyerasını “Nyukasl”da davam etdirə bilər.
Msport.az xəbər verir ki, “sağsağanlar”ın səudiyyəli sahibləri portuqaliyalı məşqçiyə dəyər verirlər və hazırkı məşqçi Eddi Hau komandadan gedərsə, onunla əməkdaşlıq etmək istəyirlər.
Qətərin “Əl-Sədd” klubunun məşqçisi Roberto Mançini də İngiltərə klubunun namizədlər siyahısındadır. Cari mövsümün sonunda “Bornmut”dan ayrılacaq Andoni İraola da “Nyukasl” üçün potensial məşqçi hesab olunur.
“Nyukasl Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 42 xalla 14-cü yerdədir.