Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Sabunçu rayonunda ər-arvad arasında yaşanan gərginlik məhkəmə müstəvisinə qədər uzanıb. Ötən ilin avqust ayında Sabunçu qəsəbəsində qeydə alınan hadisə məişət zəminində baş verən fiziki zorakılıqla nəticələnib.Demokrat.az xəbər verir ki, istintaq sənədlərinə əsasən, 1972-ci il təvəllüdlü Vəli (ad şərtidir) evinin qonaq otağında həyat yoldaşı İnarə ilə mübahisə edib. Mübahisəyə qadının ona cavab qaytarması səbəb olub. Bu zaman kişi əsəblərini cilovlaya bilməyərək xanımının qol nahiyəsinə yumruqla zərbə endirib və ona müxtəlif xəsarətlər yetirib.Faktla bağlı qanun pozucusuna qarşı sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olduğunu bildirib. O, həyat yoldaşı ilə artıq barışdıqlarını və qadının ondan şikayətçi olmadığını qeyd edərək işə xitam verilməsini xahiş edib.Sabunçu Rayon Məhkəməsi tərəflərin qarşılıqlı barışığını nəzərə alaraq, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən Vəlini cinayət məsuliyyətindən azad edib. Beləliklə, onun barəsindəki cinayət
təqibinə son qoyulub.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.