Bakı. Trend:
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 572 min ABŞdolları dəyərində 2,065 min ton neft bitumu ixrac olunub.
Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 38 min ABŞ dolları və ya 7,1 faiz çoxdur, həcmbaxımından isə 21 ton və ya 1 faiz yüksəkdir.
Hesabat dövründə neft bitumunun Azərbaycanın ümumi ixrachəcmindəki payı 0,01 faiz təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatlarıaparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞdolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞdolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğindəmüsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyonABŞ dolları və ya 1,9 dəfə çoxdur.