RU

Dünyada insanların 95%-nə yoluxan virus belə MƏĞLUB EDİLƏCƏK

Fred Hatç Xərçəng Mərkəzinin alimləri dünyadakı insanların təxminən 95%-nin yoluxduğu Epşteyn-Barr virusuna qarşı terapiyanın yaradılması istiqamətində mühüm addım atıblar. Bu virus bir sıra onkoloji və neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Reports Medicine" (CRM) jurnalında dərc olunub.

Tədqiqatçılar insan antitelləri istehsal edə bilən genetik modifikasiya olunmuş siçanlardan istifadə edərək, virusun immun hüceyrələrinə yapışmasının və onlara daxil olmasının qarşısını alan yeni monoklonal antitellər yaradıblar. Bu antitellərdən biri "insan" immun sisteminə malik siçanlarda yoluxmanın tamamilə qarşısını alıb.

Bu növ terapiyaların hazırlanmasında əsas problem dərmanın özünə qarşı immun reaksiya yaratmayacaq antitellərin tapılmasıdır. Bunun üçün komanda virusun iki zülalına — gp350 və gp42-yə diqqət yetirib. Birinci zülal virusun hüceyrəyə yapışmasına, ikincisi isə hüceyrə ilə birləşib daxilə nüfuz etməsinə cavabdehdir.

Nəticədə alimlər gp350-ni hədəf alan iki, gp42-ni hədəf alan isə səkkiz antitell müəyyən ediblər. Əlavə analizlər virusun zəif nöqtələrini aşkar etməyə imkan verib ki, bu da vaksinlərin hazırlanması üçün faydalı ola bilər. Yekun eksperimentlərdə gp42-yə qarşı antitel infeksiyanı tamamilə blokladığı halda, gp350-yə qarşı antitel yalnız qismən qoruma təmin edib.

Избранный
7
12
publika.az

10Источники