RU

ABŞ bu regiondakı dövlətləri birləşdirir

Son dövrlərdə ABŞ-nin xarici siyasət dünyada, o cümlədən ölkəmizin də yerləşdiyimiz regionda yeni bir situasiya yaradıb. Bu siyasətin apardığı siyasət, qeyri-müəyyənlik mühiti Cənubi Qafqaz və ətraf regionlarda yeni əməkdaşlıq formatlarının yaranmasını sürətləndirir.

Bu barədə Musavat.com-a danışan politoloq Azad Məsiyevin sözlərinə görə, Donald Tramp administrasiyasının xarici siyasətdə nümayiş etdirdiyi yanaşma klassik ABŞ qlobal liderlik modelindən qismən fərqlənərək daha çox selektiv müdaxilə, sərt ritorika və tranzaksion diplomatiya elementləri ilə xarakterizə olunur. Bu dəyişikliklər isə təkcə böyük güclər arasında deyil, regional sistemlərdə də yeni davranış modelləri formalaşdırır. 

Ekspert bildirib ki, Cənubi Qafqaz və ona yaxın regionlar üçün bu siyasətin əsas təsiri indiyə qədər ABŞ-ın bəyan etdiyi guya təhlükəsizlik təminatçısı kimi rolunun müəyyən qədər qeyri-müəyyənləşməsi ilə bağlıdır: "Əgər əvvəlki dövrlərdə Vaşinqtonun bölgədəki mövcudluğu indiki ilə müqayisədə nisbətən stabil və proqnozlaşdırıla bilən idisə, indi bu faktorun zəifləməsi region dövlətlərini alternativ təhlükəsizlik və əməkdaşlıq mexanizmləri axtarmağa sövq edir. Nəticədə Azərbaycan, Türkiyə, İran və Rusiya kimi aktorlar arasında situativ yaxınlaşmalar müşahidə olunur. Bu tendensiyanın arxasında iki əsas motiv dayanır. Birincisi, risklərin kollektiv şəkildə balanslaşdırılması ehtiyacıdır. ABŞ-ın regiona münasibətdə siyasətinin dalğavari xarakter alması dövlətləri təkbaşına hərəkət etməkdən çəkindirir və onları daha çox koordinasiyalı siyasət yürütməyə vadar edir. İkincisi isə iqtisadi və enerji təhlükəsizliyi məsələləridir. Xüsusilə enerji marşrutları, nəqliyyat dəhlizləri və ticarət yolları kimi strateji sahələrdə regional əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilir”.

Politoloqun sözlərinə görə, burada vacib məqam ondan ibarətdir ki, region ölkələrinin vahid mövqedən çıxış etməsi daha çox taktiki və situativ xarakter daşıyır. Yəni söhbət klassik ittifaqdan deyil, konkret məsələlər üzrə maraqların üst-üstə düşdüyü məqamlarda koordinasiyadan gedir: “Çünki region ölkələrinin hər birinin özünəməxsus strateji prioritetləri və xarici siyasət trayektoriyası mövcuddur”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
98
21
musavat.com

10Источники