RU

Yoxa çıxan helikopter tapıldı

İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau dairəsində radarlardan itmiş "Airbus H130" helikopteri qəzaya uğrayıb. Göyərtədə olanların hamısı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İndoneziya Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiinin sözlərinə görə, helikopterin qəzaya uğradığı yer sıldırım təpəliklərdən ibarət sıx meşəlik zonadır. O əlavə edib ki, göyərtədə altı sərnişin və iki heyət üzvü olub.

Yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus helikopter aprelin 16-da günorta saatlarında region daxilindəki məntəqələr arasında reys həyata keçirirmiş. Havaya qalxdıqdan bir müddət sonra hava gəmisi ilə əlaqə kəsilib.

Избранный
3
5
publika.az

6Источники