RU

Çin İrana qabaqcıl radar və müdafiə sistemləri tədarük etməyi nəzərdən keçirib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ kəşfiyyatının məlumatına görə, İrana qarşı müharibənin başlanğıcında Çin İrana silah, o cümlədən qabaqcıl radar sistemləri tədarük etməyi nəzərdən keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat verib.

ABŞ rəsmiləri bildiriblər ki, Pekin İrana "X"zolaqlı radar sistemləri tədarük etməyi düşünüb. Bu texnologiya ölkənin yaxınlaşan təhdidləri – aşağı uçan pilotsuz uçuş aparatları və qanadlı raketləri – aşkar etmə və izləmə imkanlarını xeyli artırmaqla hava hücumundan müdafiə sistemlərini müasir zərbələrdən qorumağa kömək edə bilər.

“Çinin sonda transfer qərarı verib-vermədiyi hələ də məlum deyil, lakin bu qiymətləndirmə Vaşinqtonun İranla müharibənin yalnız regional rəqibləri deyil, həm də birbaşa hərbi müdaxilə olmadan vacib dəstək verməyə hazır olan qlobal rəqibləri əhatə etməsindən narahatlığını vurğulayır”, – deyə məqalədə qeyd olunur.

İki rəsminin sözlərinə görə, ABŞ kəşfiyyatı həmçinin Pekinin birbaşa iştirakı gizlətmək üçün üçüncü tərəflər vasitəsilə İrana hava hücumundan müdafiə sistemlərinin köçürülməsini nəzərdən keçirdiyini göstərir.

Eyni zamanda, ABŞ müdafiə naziri Pit Hegset cümə axşamı kəşfiyyat qiymətləndirmələrinə cavab verərkən: “Prezident Trampın Çinin prezidenti Si ilə çox möhkəm və birbaşa münasibətləri var, onlar bu barədə danışıb və Çin bizə əmin edib ki, belə bir şey olmayacaq”,- deyə bildirib.

Gözlənilir ki, Tramp gələn ay Çinə səfər edəcək. O, əvvəlcə Çinin prezidenti Si Cinpinqə məktub göndərdiyini və İrana silah verməməsini xahiş etdiyini də açıqlayıb. Tramp məktubun tarixini açıqlamayıb.

Çin səfirliyinin Vaşinqton nümayəndəsi Lü Pengyu bildirib ki, Çin mövqeyi İranla bağlı “açıq və dürüstdür”.

“Biz obyektiv və tərəfsiz mövqedəyik, həmçinin sülh danışıqlarını dəstəkləməyə çalışırıq. Biz heç vaxt münaqişələri alovlandıran addımlar atmırıq”, - deyə diplomatik idarədən bildirilib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qu Ciaqun isə çərşənbə günü bildirib ki, mediada Pekin tərəfindən Tehrana silah tədarükü barədə xəbərlər “tamamilə saxtadır”.

Əvvəllər FT yazmışdı ki, İran gizli şəkildə Çin kəşfiyyat peykini əldə edib, bu da ona ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücum etmək üçün güclü imkan verib.

Həmçinin, ABŞ kəşfiyyatı əvvəllər bildirirdi ki, Rusiya İrana ABŞ hərbi obyektlərini izləməyə kömək edən məlumat verə bilər – bu, gəmi və aviasiyanı da əhatə edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
icma.az

1Источники