RU

Kürdəmirə qatar səfərləri bərpa olundu

Bakı.Trend:

Təxminən 6 il sonra Kürdəmirə qatarla ilk rəmzi səfərimiz baştutdu. Bu münasibətlə hər birinizi, Kürdəmir sakinlərini təbrikedirəm.

Trend xəbərverir ki, bu fikirləri Kürdəmir Dəmiryol Stansiyasının açılışmərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müaviniArif Ağayev deyib.

“Bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçünəlamətdar hadisədir. Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həmölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlarüzərində mühüm mövqeyə malikdir. Azərbaycan Dəmir Yollarının burayaqatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıqsərnişindaşımada da hiss olunacaq.

Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı,Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərindəBakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmirstansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyatəlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay,Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillikgenişlənəcək”.

A.Ağayev bildirib ki, Kürdəmirdən həm Bakıya, həm şimal və qərbrayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etməkolacaq. Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəkiilə müqayisədə 1 saat tez çatacaq.

“Daha bir ilk kimi Kürdəmirə müasir Stadler qatarları iləsəfərlərin təşkil olunacağını qeyd etmək istərdim. Komfortluqatarlarla artıq həftənin bütün günlərində sərnişinlərə xidmətgöstəriləcək”.

ADY rəsmisi vurğulayıb ki, növbəti ildə həm Ağdam-Xankəndi dəmiryolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksininaçılışı planlaşdırılır.

Kürdəmirə
Избранный
16
2
az.trend.az

5Источники