Bakı. Trend:
2000-ci illərin əvvəllərində Türkiyənin ən çox baxılan musiqiyarışmalarından biri olan Popstar-ın iştirakçısı, məşhur türkmüğənnisi Rıza Tamer vəfat edib.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə müğənninin meneceriməlumat yayıb.
Onun açıqlamasına görə, dünən axşam saatlarında Bodrumun Konacıkməhəlləsində menecerinin evində müğənni özünü narahat hiss edib.Təcili yardımla xəstəxanaya çatdırılan müğənnidə qan dövranıpozğunluğu müəyyən edilib və bütün cəhdlərə baxmayaraq o, dünyasınıdəyişib. Müğənninin mmeneceri "10 dəqiqə əvvəl ölüm xəbərini aldım,şokdayam" deyib.
Qeyd edək ki, ötən aylarda Azərbaycana gələn Rıza Tamer buradatürk pulu keçərli olmadığı səbəilə konsertini ləğv etmişdi.