RU

Azərbaycan ilk rübdə daha çox buğda alıb- 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

2025-ci ilin ilk 3 ayı ərzində ölkəmizə 62 milyon 245 min dollar dəyərində 287 min 995 ton buğda idxal olunmuşdu. Buğda idxalı dəyər ifadəsilə 20 milyon 521 min dollar və ya 33%, miqdar ifadəsilə 83 min 807 ton və ya 29,1% artıb. 

Qeyd edək ki, 2025-ci ildə ölkəmizə 275 milyon 626 min dollar dəyərində 1 milyon 267 min 322 ton buğda idxal olunmuşdur. 

Избранный
14
1
marja.az

2Источники