Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirəcəyik.
Bunu APA-nın Türkiyə bürosuna müsahibəsində V Antalya Diplomatiya Forumunda iştirak edən Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer deyib.
O bildirib ki, Azərbaycan və Sloveniya arasında enerji sahəsində çox yaxşı, hətta əla münasibətlər var.
“Son bir neçə ildə Sloveniya ilə Azərbaycan arasında həqiqətən güclü tərəfdaşlıq qurmağa çalışdıq. Keçən il isə xüsusi Anlaşma Memorandumu imzalamağa nail olduq. Artıq əməkdaşlıq edir və birgə fəaliyyət göstəririk. Ümid edirik ki, Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bunu səbirsizliklə gözləyirəm”, - sloveniyalı nazir qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.