ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.Bəs ən çox əhaliyə sahib rayonlar hansılardır?Bizim.Media Azərbaycanda əhalisinin sayına görə ən böyük 10 rayonu təqdim edir:1. Abşeron Əhalisinin sayına görə ən böyük Abşeron rayonudur. Bu rayonun 491 min 316 nəfər sakini var. Abşeron 4 yanvar 1963-cü ildə rayon statusu alıb. 1966 kvadratkilometr əraziyə malikdir.2. Şəmkir Şəmkir rayonunun əhalisinin sayı 232 min 393 nəfərdir.1930-cu ildə rayon statusu alan Şəmkirin ərazisi 1660 kvadratkilometrdir.3. Cəlilabad Cəlilabad rayonunun 231 min 800 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Cəlilabadın ərazisi 1440 kvadratkilometrdir.4. Lənkəran Lənkəran rayonunun əhalisi 228 min 90 nəfərdir. 1930-cu ildə rayon statusu alan Lənkəranın ərazisi 1539 kvadratkilometrdir.5. Masallı Masallı rayonunda əhali sayı 225 min 800 nəfərdir. 1930-cu ildə rayon statusu alan Masallının 721 kvadratkilometr ərazisi var.6. Ağdam Ağdam rayonunun əhali sayı 202 min 200 nəfərdir. 1930-cu ildə rayon statusu alan Ağdamın ərazisi 1150 kvadratkilometrdir.7. SabirabadSabirabad rayonunun əhali sayı 181 min 900 nəfərdir. 1930-cu ildə rayon statusu alan Sabirabadın ərazisi 1469 kvadratkilometrdir.8. Xaçmaz Xaçmaz rayonunun 178 min 100 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Xaçmazın ərazisi 1045 kvadratkilometrdir.9. Tovuz Tovuz rayonunun 175 min 500 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Tovuz 1942 kvadratkilometr əraziyə sahibdir.10. Quba
Quba rayonunun əhalisi 170 min nəfərdir. 1930-cu ildə rayon statusu alan Qubanın ərazisi 2610 kvadratkilometrdir.Surxay Atakişiyev, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.