RU

Azərbaycanda ən çox əhalisi olan rayonlar İLK ONLUQ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.Bəs ən çox əhaliyə sahib rayonlar hansılardır?Bizim.Media Azərbaycanda əhalisinin sayına görə ən böyük 10 rayonu təqdim edir:1. Abşeron Əhalisinin sayına görə ən böyük Abşeron rayonudur. Bu rayonun 491 min 316 nəfər sakini var. Abşeron 4 yanvar 1963-cü ildə rayon statusu alıb. 1966 kvadratkilometr əraziyə malikdir.2. Şəmkir Şəmkir rayonunun əhalisinin sayı 232 min 393 nəfərdir.1930-cu ildə rayon statusu alan Şəmkirin ərazisi 1660 kvadratkilometrdir.3. Cəlilabad Cəlilabad rayonunun 231 min 800 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Cəlilabadın ərazisi 1440 kvadratkilometrdir.4. Lənkəran Lənkəran rayonunun əhalisi 228 min 90 nəfərdir. 1930-cu ildə rayon statusu alan Lənkəranın ərazisi 1539 kvadratkilometrdir.5. Masallı Masallı rayonunda əhali sayı 225 min 800 nəfərdir. 1930-cu ildə rayon statusu alan Masallının 721 kvadratkilometr ərazisi var.6. Ağdam Ağdam rayonunun əhali sayı 202 min 200 nəfərdir. 1930-cu ildə rayon statusu alan Ağdamın ərazisi 1150 kvadratkilometrdir.7. SabirabadSabirabad rayonunun əhali sayı 181 min 900 nəfərdir. 1930-cu ildə rayon statusu alan Sabirabadın ərazisi 1469 kvadratkilometrdir.8. Xaçmaz Xaçmaz rayonunun 178 min 100 nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Xaçmazın ərazisi 1045 kvadratkilometrdir.9. Tovuz Tovuz rayonunun 175 min 500  nəfər əhalisi var. 1930-cu ildə rayon statusu alan Tovuz 1942 kvadratkilometr əraziyə sahibdir.10. Quba

Quba rayonunun əhalisi 170 min nəfərdir. 1930-cu ildə rayon statusu alan Qubanın ərazisi 2610 kvadratkilometrdir.Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
5
bizim.media

6Источники