ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Bakı-Xırdalan-Sumqayıq dəmir yolu istiqaməti üzrə qatarların hərəkəti (Xırdalan-Sumqayıt hissəsi) avtomobil yolu infrastrukturunun qurulması işlərinin bitməsindən sonra bərpa ediləcək.
525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsi nə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, yol infrastrukturunda aparılan qeyd olunan işlərin qısa müddət ərzində bitəcəyi gözlənilir.
"Təmir işlərinin bitməsinə yaxın ADY-də həmin istiqamətdə daha optimal sayda sərnişin daşıması üçün və reys saylarının azaldılmaması üçün müvafiq hesablamalar aparır. Artıq təmir bitdikdən sonra bununla bağlı məlumat açıqlanacaq", - Azər Fərəcov qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.