RU

Britaniyanın keçmiş hərbi rəhbəri: Ölkə müdafiə baxımından çox riskli vəziyyətdədir

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniyanın silahlı qüvvələrinin keçmiş rəhbəri Cok Stirrup Baş nazir Kir Starmerə ciddi xəbərdarlıq edərək bildirib ki, ölkənin müdafiə qabiliyyətini bərpa etmək üçün ən azı 10 il tələb olunur.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, onun sözlərinə görə, hökumət bu gün dərhal investisiyalara başlasa belə, proses uzunmüddətli olacaq.

Tony Bleyr və Qordon Braun hökumətləri dövründə müdafiə qərargahının rəisi olmuş Stirrup Britaniya ordusunun hazırkı vəziyyətini çox zəif və riskli kimi qiymətləndirib. O vurğulayıb ki, ölkənin müharibə hazırlığı səviyyəsinə çatması üçün tam düşüncə dəyişikliyi lazımdır.

Mövzu Baş nazirin müdafiə ilə bağlı vacib qərarları gecikdirməsi ilə bağlı artan tənqidlər fonunda gündəmə gəlib. Uzun müddətdir gözlənilən müdafiə investisiya planı hələ də təsdiqlənməyib, çünki Maliyyə ilə Müdafiə nazirlikləri arasında prioritetlər üzrə fikir ayrılığı davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
3
yeniazerbaycan.com

4Источники