RU

Binəqədidə ailə faciəsi: həyat yoldaşını öldürüb evi partlatdı

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

Ölkə.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə "Baksol yolu" adlanan ərazidə, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb.

Bildirilir ki, həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.

Hadisəni törədən şəxsin daha sonra qazı açıq saxladığı və nəticədə partlayış baş verdiyi qeyd edilir. Şübhəli hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs keçmiş arvadının evinə gəlib.

Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub.

Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.

Избранный
12
13
olke.az

10Источники