Ajans.az xəbər verir ki, Azərbaycan televiziya kanalı Real TV-yə açıqlamasında bildirib ki, görüş konstruktiv atmosferdə keçib və tərəflər arasında fikir ayrılığı qeydə alınmayıb. “Görüş yaxşı keçdi. Heç bir fikir ayrılığımız olmadı. Təəccüblənə bilərsiniz, amma həqiqətən də fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, əməkdaşlıq və gələcək üçün planlar mövcuddur. Müzakirələr zamanı heç bir maneə ilə qarşılaşmadıq və ümid edirəm ki, belə davam edəcək”, – deyə Simonyan qeyd edib. Bakı ilə Yerevan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı suala cavabında o, qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyini vurğulayıb. “Bunu uzun müddətdir deyirəm: biz ticarət etməliyik. Hesab edirəm ki, əməkdaşlıq genişləndirilməlidir. Bildiyim qədərilə sahibkarlar, hökumətlər və aidiyyəti qurumlar artıq bu istiqamətdə işləyirlər və bu, müsbət haldır. Bu proses hər iki ölkənin maraqları naminə davam etdirilməli və dərinləşdirilməlidir”, – deyə o bildirib. Simonyan həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı səfərləri də yüksək qiymətləndirib.