RU

Brent nefti 98,40 dollardan satılır

Brent nefti 98,40 dollardan satılır

Brent markalı neftin bir barelinin qiyməti müxtəlif beynəlxalq fyuçers bazarlarında 98,40 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 99,80 dollara qədər yüksələn Brent nefti günü 99,39 dollar səviyyəsində tamamlamışdı.

Bu gün saat 10:21 radələrində isə qiymətlər təxminən 1 faiz azalaraq 98,40 dollar olub, eyni dəqiqələrdə "WTI" markalı xam neft isə 93,41 dollardan alıcı tapıb. Qiymətlərin ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə olunmasına yaxın olduqlarına dair açıqlamaları və tədarük kəsintisi ilə bağlı narahatlıqların azalması səbəb olub.

Tramp dünən jurnalistlərə verdiyi bəyanatda iranlı rəsmilərlə həftəsonu yenidən danışıqlara başlanıla biləcəyini qeyd edərək, "İranla razılaşma imzalamağa çox yaxınıq" deyib. Tehrana qarşı təhdid mesajlarını davam etdirən Tramp, "razılaşma olmasa, müharibə davam edər" deyə xəbərdarlıq etsə də, İranın hazırda iki ay əvvəl imtina etdiyi şərtləri qəbul etməyə hazır olduğunu vurğulayıb.

Hörmüz boğazındakı blokada məsələsinə də toxunan ABŞ lideri, razılaşma ilə birlikdə boğazın tamamilə açılacağını, bunun sayəsində neft qiymətlərinin əvvəlkindən daha çox düşəcəyini qeyd edib. Mütəxəssislər Brent neftində texniki olaraq 98,46 dolları müqavimət, 97,83 dolları isə dəstək bölgəsi kimi izləyirlər.

Избранный
39
afn.az

1Источники