Şəhid ailəsi üzvlərinə 2026-cı ilin ilk üç ayı ərzində 50 mindən çox tibbi xidmət göstərilib.Missiya.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.Bildirilib ki, 2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 min 261 şəhid ailəsi üzvü tərəfindən 14 min 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 min183 adda müxtəlif tibbi xidmət göstərilib.Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта