RU

Hörmüz boğazı açıldı: neft qiymətləri düşdü, qızıl bahalaşdı

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açıldığını elan edib.

Turkustan.az xəbər verir ki, Əraqçi bildirib ki, boğaz “Livandakı atəşkəsə paralel olaraq” açıq qalacaq və artıq ticarət gəmilərinin keçməsinə icazə verilir.

Əraqçi rəsmi X hesabında paylaşım edərək qeyd edib: “Livandakı atəşkəsə paralel olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən elan edilmiş əlaqələndirilmiş marşrut üzrə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs qüvvədə qaldığı müddətdə tam açıqdır”.

ABŞ və İsrailin hücumlarından sonra Hörmüz boğazını bağlayan İran qlobal neft ticarətinin təxminən dörddə birinin keçdiyi bu strateji marşrutu yenidən açıb. Nəticədə neftin qiyməti təxminən 110 dollardan 90 dollara düşüb.

Hörmüz boğazının açılması bazarlarda tarazlığı dəyişdirib və qızılın qiymətində artım müşahidə olunub. Bu qərardan sonra spot bazarda bir qram qızılın qiyməti təxminən 220 ABŞ dollarını keçib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
50
turkustan.az

10Источники