RU

PUBG oyunu qadağan edilə bilər? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən silahlı məktəb hücumları ölkədə böyük sarsıntıya səbəb olub. Ard-arda törədilən iki dəhşətli hadisə nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrlə bağlı aparılan ilkin araşdırmalar zamanı hər iki cinayətkarın profilində ciddi bir bənzərlik aşkar edilib. Məlum olub ki, hücumu törədən yeniyetmələr uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olublar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki şəxs gününün böyük hissəsini kompüter arxasında bu oyunu oynayaraq keçirib. Bu fakt azyaşlıların nəzarətsiz şəkildə aqressiv oyunlar oynamasının yaratdığı təhlükələri yenidən gündəmə gətiribDemokrat.az saytına mövzu ilə bağlı fikirlərini bölüşən İT eksperti Elvin Abbasov bildirib ki, şiddət tərkibli oyunların yeniyetmə davranışına təsiri oyunun məzmunundan daha çox, fərdin psixoloji vəziyyəti və sosial mühiti ilə birbaşa bağlıdır:“Elmi araşdırmalar göstərir ki, “PUBG” kimi platformalar təkbaşına şiddətə meyillilik yaratmır, lakin nəzarətsiz istifadə zamanı "hissizləşmə" və dopamin asılılığına səbəb olaraq gəncin reallıq hissini zəiflədə bilir. Texniki baxımdan bu oyunların tam qadağan olunması VPN və bənzər alətlər səbəbindən demək olar ki, qeyri-mümkündür. Belə bir addım problemi həll etmək əvəzinə, sadəcə nəzarətdən kənar gizli zonalara daşıyır. Əsas problem oyunun məzmunu ilə istifadə müddəti arasındakı balansın pozulması və yaş kateqoriyalarına (PEGI) riayət edilməməsidir. Yeniyetmənin virtual dünyada keçirdiyi vaxt ailə və təhsil mühiti tərəfindən tənzimlənmədikdə, oyun daxili rəqabət və aqressiya real həyatda problem həlletmə üsuluna çevrilə bilər. Bu səbəbdən, dövlət səviyyəsində sərt qadağalar tətbiq etmək yerinə, valideynlərin rəqəmsal nəzarət alətləri barədə maarifləndirilməsi və gənclərin asudə vaxtının daha sağlam sosial fəaliyyətlərlə doldurulması daha qalıcı bir həll yolu hesab olunur”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
demokrat.az

1Источники