RU

“Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov

Misli premyer-liqasının 28-ci turunda “Zirə” evdə “Neftçi” ilə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov media önünə çıxıb.

- Maraqlı və gərgin oyun oldu. Oyun bizim üçün pis başladı. 15-20-ci dəqiqədə vəziyyəti bərabərləşdirdik. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Möhtəşəm reaksiya göstərdik. Son dəqiqələrdə qol vurmaq önəmli idi. Mənim üçün qürurverici idi. Oyundan sonra “Neftçi” futbolçularından üzr istədim. Fürsətdən istifadə edib orda olan “Neftçi” futbolçularından üzr istəyirəm.

- Qol və qoldan sonra yaşananlarla bağlı fikirləriniz maraqlı idi.
- Orda nə baş verdiyini görmədim. Bilmirəm, ofsayd idisə, ofsayd idi. Sevincə görə futbolçular etiraz edirdilər. Bəlkə də ofsayd idi, bir şey deyə bilmərəm.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
6
1
football-plus.az

2Источники