RU

Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hikmət Hacıyev: "Biz Avropa İttifaqı və digər tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi çıxış etmişik"

“Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır“.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın enerji siyasətinə gəldikdə, biz Avropa İttifaqı və digər tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi çıxış etmişik. Eyni zamanda biz Azərbaycanın enerji ixracının coğrafiyasını genişləndiririk. Bu yaxınlarda Türkiyə ilə birlikdə Azərbaycan qazının Suriyaya çatdırılmasına başlamışıq. Bu, Azərbaycan–Türkiyə–Suriya arasında üçtərəfli əməkdaşlığın uğurlu modeli kimi qiymətləndirilir. Azərbaycan qlobal enerji təchizatına, xüsusilə də Avropa istiqamətində töhfə verməyə davam edəcək. Eyni zamanda müşahidə edirik ki, qlobal enerji təhlükəsizliyi müəyyən sarsıntılar yaşayır. Buna görə də Azərbaycan karbohidrogen ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialına da investisiya yatırır və bu sahədə ixrac imkanlarını genişləndirməyi hədəfləyir. Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır. Bu istiqamətdə biz Mərkəzi Asiya tərəfdaşlarımızla da əməkdaşlıq edərək onların resurslarının daşınmasına çalışırıq”, – Hikmət Hacıyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
5
ayna.az

6Источники