RU

Rüdiger “Real Madrid”də qalır

Müdafiəçi Antonio Rüdiger karyerasını böyük ehtimalla “Real Madrid”də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, alman futbolçu Madrid klubu ilə müqaviləsini daha bir mövsüm – 2027-ci ilin ortalarına qədər uzatmaq barədə razılığa gəlib.

Antonio Rüdiger 2022-ci ilin yayından etibarən “Real Madrid”də çıxış edir. O, “Çelsi”dən sərbəst agent kimi Madrid təmsilçisinə keçmişdi. Bu müddət ərzində müdafiəçi 177 rəsmi oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real Madrid” hazırda İspaniya La Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 9 xal geri qalır.

Избранный
22
90deqiqe.az

1Источники