RU

“Lufthansa” pilotlarının və təyyarə bələdçilərinin tətil dalğası başa çatıb

Bakı. Trend:

“Lufthansa” aviaşirkətində, eləcə də onun “Lufthansa Cargo”,“Lufthansa CityLine” və “Eurowings” törəmə şirkətlərində pilotlarınvə təyyarə bələdçilərinin tətil dalğası başa çatıb.

Trend Almaniya mediasına istinadla xəbər verir ki, pilotlarınhəmkarlar ittifaqları təşkilatı “Kokpit ittifaqı”nın bülletenindəyaxın perspektivdə yeni kollektiv mübarizə tədbirlərinin olmayacağıbildirilib. Təyyarə bələdçilərinin həmkarlar ittifaqı təşkilatı(UFO) da tətillərə hələlik fasilə veriləcəyini və “Lufthansa”nınreaksiyasını gözləyəcəklərini bildirib.

Pilotlar kabin heyəti ilə birlikdə həftə ərzində “Lufthansa”,“Lufthansa Cargo” və “Lufthansa Cityline” aviaşirkətlərininfəaliyyətini beş gün müddətinə iflic ediblər. Tətil “Eurowings”şirkətində iki gün davam edib. İşçilər daha yaxşı iş şəraiti,əməkhaqlarının artırılması, pensiya fonduna daha yüksək töhfələrinverilməsini tələb edirlər.

Həftə ərzində təkcə Frankfurt aeroportunda 3 mindən çox uçuşunləğv edildiyi və bunun yüz minlərlə sərnişini əhatə etdiyibildirilir. Tətilin sonuncu günündə də yüzlərlə uçuş təxirəsalınıb.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən “Lufthansa”şirkəti yenidən böyük ölçüdə normal uçuş proqramı təklif etməkniyyətindədir. Buna baxmayaraq, hələ də bəzi uçuşlar ləğv edilə vəgecikə bilər. “Lufthansa” davam edən əmək mübahisələrinə və yüksəkkerosin xərclərinə görə “Cityline”ın fəaliyyətinə dərhal sonqoyulduğunu elan edib. “Cityline”ın 24 sərnişin və 3 yük təyyarəsiisə istismardan çıxarılacaq.

“Kühne Holding”in İdarə Heyətinin sədri Karl Qernandt hər ikihəmkarlar ittifaqını tətil hüququndan qeyri-mütənasib şəkildəsui-istifadə etməkdə və şəxsi eqoizmi ümumi maraqlardan üstüntutmaqda ittiham edib. “Kokpit ittifaqı” cavab olaraq yaydığı açıqməktubda bu ittihamları qətiyyətlə rədd edərək bildirib ki,kollektiv mübarizə tədbirləri aydın hüquqi çərçivəyə əsaslanır vətarif danışıqları zamanı legitim bir vasitədir.

Избранный
9
2
az.trend.az

3Источники