RU

ABŞ İraqdakı silahlı qruplaşmaların yeddi üzvünün adını sanksiyalar siyahısına əlavə edib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ İraqda fəaliyyət göstərən və İranla əlaqəli olduğu iddia edilən yeddi silahlı qruplaşma üzvünə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bunlar Vaşinqtonun Tehranın dəstəklədiyinə əmin olduğu "Kətaib Hizbullah", "Kətaib Seyyid əl-Şuhəda", "Hərəkat ən-Nücəba" və "Əsaib Əhli əl-Haq" qruplaşmalarının komandirləridir.

ABŞ iddia edir ki, bu silahlı qruplaşmaların üzvləri İraqdakı ABŞ qüvvələrinə, obyektlərinə və maraqlarına qarşı hücumlar planlaşdırıb və həyata keçiriblər.

ABŞ bu təşkilatları terrorçu kimi təsnif edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
apa.az

2Источники