RU

Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Azreform.info xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu-12-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Избранный
14
50
azreform.info

10Источники