RU

Azərbaycanda buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?

Bakı. Trend:

Azərbaycanda martın 9-da keçirilmiş buraxılış imtahanlarındacəmi 3 nəfər maksimum nəticə göstərib. Halbuki ötən il martın 2-dəkeçirilmiş birinci buraxılış imtahanında 23 nəfər 300 baltoplamışdı.

İmtahandan sonra abituriyentlər, müəllimlər və təhsilictimaiyyəti sualların çətinliyi ilə bağlı müxtəlif fikirlərsəsləndirib. Qeyd olunub ki, əvvəlki iki illə müqayisədə bu ilsuallar daha çətin olub. Dövlət İmtahan Mərkəzi isə imtahanlarınçətin olmadığını açıqlayıb.Mövzu ilə bağlı təhsil eksperti RaminNurəliyev Trend-ə açıqlamasında bildirib ki, nəticələrimtahanların həqiqətən də çətin olduğunu göstərir:

“İmtahanın çətinləşdirildiyi artıq aydındır. Bu, maksimum baltoplayanların sayına da təsir edib. Ötən il martın 2-də keçirilmişbirinci buraxılış imtahanında 23 nəfər 300 bal toplamışdı. Bu ilisə cəmi 2 nəfər maksimum nəticə göstərib. Faizlə hesabladıqda bu,90 faizdən çox azalma deməkdir. Bu da onu göstərir ki, suallararasında buraxılış imtahanı səviyyəsinə uyğun olmayan, çətintapşırıqlar olub. Xüsusilə riyaziyyat və Azərbaycan dili fənləriüzrə suallar çətin idi. Ümumiyyətlə, buraxılış imtahanları çətinolmamalıdır. Bu sahənin mütəxəssisləri və müəllimlər ötən ilinsualları ilə bu ilin suallarını müqayisə edə bilirlər. DİM beləhalda “bizim standart formatımız var, kənara çıxmırıq, suallarçətin olmayıb” deməməlidir.

Ümumi statistika hələ tam açıqlanmayıb. Növbəti imtahannəticələri də elan olunduqdan sonra ümumi göstəriciləri ötən illəmüqayisə etmək daha dəqiq olacaq.”

Ramin Nurəliyev qeyd edib ki, bu il universitetlərə keçid balıciddi şəkildə enəcək:

"Buraxılış imtahanlarının çətinliyi ümumi qəbul prosesinə,xüsusilə keçid ballarına təsir göstərə bilər. Əgər blok imtahanlarıötən ilin səviyyəsində olarsa, keçid balları enəcək".

Qeyd edək ki, martın 9-da keçirilmiş buraxılış imtahanında 2nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbinməzunu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi)məzunu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, özəl məktəblərin birinin ingilis dilində tədrisalan məzunu da 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.Fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn(riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplayabiləcəkləri bal 200-dür.

Избранный
38
4
az.trend.az

5Источники