RU

İran yenidən Hörmüz boğazını bağlayıb

Bakı. Trend:

ABŞ-nin İrandan və İran istiqamətində gəmilərin keçidinə tamşəkildə sərbəst hərəkətinə vermədiyi zamana qədər Hörmüzboğazındakı vəziyyət tam şəkildə nəzarətdədir və əvvəlki vəziyyətəqaytarılıb.

Trend-inməlumatına görə, bunu İranın Xatəm əl-Ənbiya Qərargahının sözçüsüİbrahim Zülfüqari yerli mediaya müraciətində deyib.

Onun sözlərinə görə, müxtəlif tərəflərlə müzakirələrlə əldəolunan razılaşma əsasında İran bir sıra neft tankerləri və ticarətgəmilərinin nəzarətlə Hörmüz boğazından keçməsinə razılıq vermişdi.Lakin ABŞ tərəfi İran limanlarının blokadasını davam etdirir.

“Bu səbəbə görə, Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətəqayıdıb və strateji əhəmiyyət kəsb edən bu boğaz İran SilahlıQüvvələrinin sərt nəzarətindədir”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadasıtətbiq edib. Bu günə qədər ABŞ tərəfi İranın 21 gəmisininsaxlanılaraq geri qaytarıldığını elan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Məqalədə:
Избранный
65
31
az.trend.az

10Источники