RU

Artıq ölkələrin öz enerji təhlükəsizliyini təmin etməsinin vaxtıdır - Muxtar Babayev

Dünya hələ də ənənəvi enerji mənbələrindən asılı vəziyyətdədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakilərində bildirib.

Onun sözlərinə görə, artıq ölkələrin öz enerji təhlükəsizliyini təmin etməsinin vaxtıdır:

" Türkiyədə keçiriləcək COP31 əvvəlki COP-larda qəbul edilmiş qərarların icrası məsələsinə fokuslanacaq. Təəssüf ki, əvvəlki COP-larda qəbul edilən qərarların böyük bir hissəsi hələ də icra olunmayıb. COP31-in Türkiyədə təşkil olunması enerji keçidi prosesinin necə uğurla həyata keçirilə biləcəyini göstərmək baxımından mühüm bir imkan olacaq".

Избранный
19
1
day.az

2Источники