RU

Ceferin hakim vasitəsilə “Real”dan qisas aldı

“Real Madrid” hesab edir ki, hakim Slavko Vinçiçin Çempionlar Liqasının 1/4 finalının “Bavariya”ya qarşı (4-3) ikinci oyununun 86-cı dəqiqəsində yarımmüdafiəçi Eduardo Kamavinqanı meydandan qovması sifarişli olub.

Publika.az xəbər verir ki, “kral klubu”nda bunu UEFA prezidenti Aleksander Çeferinin “Real”ın Super Liqa mövqeyinə görə qisas almaq istəyi ilə bağlayırlar.

Bu barədə “Mundo Deportivo” “Real Madrid”ə yaxın mənbələrə istinadən məlumat yayıb. Vinçiç və Çeferin arasında mümkün əlaqənin Sloveniya vətəndaşlığına görə şübhə yaratdığı bildirilir.

Избранный
8
33
publika.az

10Источники