RU

Avropa hökumətləri VotsApp və Signal-a qadağa qoyur

Avropa hökumətləri VotsApp və Signal-a qadağa qoyur

Avropada hökumətlərin dövlət qulluqçularının ABŞ mərkəzli mesajlaşma proqramları olan VotsApp və Signal-dan istifadəsini məhdudlaşdırmağa başladığı bildirilir.

AFN.az xəbər verir ki, "Politico"nun yaydığı məlumata görə, Fransa, Almaniya, Polşa, Niderland, Lüksemburq və Belçika hökumətləri nəzarət edə bilmədikləri mesajlaşma platformalarından imtina edərək, onları yerli tətbiqlərlə əvəz etmək üçün hərəkətə keçiblər.

Təhlükəsiz mesajlaşma proqramları üçün texnoloji dəstək təmin edən "Element" şirkətinin icraçı direktoru Metyu Hodqson son bir ildə Avropa hökumətlərinin bu istiqamətdəki müraciətlərinin kəskin artdığını diqqətə çatdırıb. Niderlandın rəqəmsal iqtisadiyyat və suverenlik üzrə dövlət naziri Villemiyn Aerdts bildirib ki, hazırda kommunikasiya çox vaxt nəzarətdən kənar platformalar vasitəsilə həyata keçirilir və texnologiyanın bir güc alətinə çevrildiyi dünyada bu, ciddi risk yaradır.

Belçikanın təhlükəsiz kommunikasiya direktoru Brandon De Vaele isə Avropanın suverenlik mövzusunda getdikcə daha çox şüurlandığını və yerli tətbiqlərin istifadəsinin birbaşa məlumat suverenliyi ilə bağlı olduğunu vurğulayıb. De Vaele yerli tətbiqlərin xüsusilə Rusiya tərəfindən törədilən kiberhücumlara qarşı təhlükəsiz ünsiyyət sahəsi yarada biləcəyini qeyd edib.

Yüksək rütbəli rəsmilər arasında həssas məzmunlu yazışmaların bu tətbiqlər üzərindən aparılması və artan kiberhücum təhlükəsi səbəbindən Avropa Komissiyası da bəzi rəsmilərdən Signal tətbiqini bağlamağı tələb edib. Belçika hökuməti mart ayında dövlət qulluqçuları üçün "BEAM" adlı yeni yerli mesajlaşma tətbiqini istifadəyə verərək bu istiqamətdə addım atan sonuncu ölkə olub.

Belçikanın Baş naziri Bart De Vever də dövlət işçilərini hökumətin nəzarəti altında fəaliyyət göstərən bu tətbiqdən istifadə etməyə çağırıb. Rəqəmsallaşma dövründə məlumat təhlükəsizliyinin təmin edilməsi hökumətlərin prioritetinə çevrildiyi üçün yerli sosial media və mesajlaşma vasitələrinin inkişafı artıq seçim deyil, strateji zərurət kimi qiymətləndirilir.

Избранный
20
afn.az

1Источники