RU

25 girov, boş seyflər və izsiz qaçış: İtaliyada film kimi oğurluq

İtaliyanın Napoli şəhərində bir bank filialında gündüz saatlarında silahlı soyğun baş verib.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, silahlı soyğunçular bankdakı seyfləri boşaltdıqdan sonra döşəmədə açdıqları bir dəlikdən qaçmağa müvəffəq olublar.

Ən azı 3 nəfər olduqları bildirilən silahlı şəxslər bank əməkdaşları və müştərilərdən ibarət 25 nəfəri girov götürüblər. Girovlar təhlükəsizlik qüvvələri hadisə yerinə gəldikdən bir müddət sonra azad edilib.

Hadisə zamanı təhlükəsizlik qüvvələri bank filialının ətrafında geniş təhlükəsizlik tədbirləri görüblər. 

Həmidə İbrahimova

Избранный
32
1
olke.az

2Источники