GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sosiopatiya, yeniyetmə təzyiqi, tənhalıq, antisosial şəxsiyyət pozğunluğu, zorakılıq asılılığı… Ailədə və mühitdə struktur pozğunluğu… Söhbət yalnız qatil uşaqlardan getmir. Bu hamımıza təsir edən və zehnimizi işğal etmənin qaçılmaz nəticələridir.
Televiziyada qadın-əyləncə proqramlarındakı absurdluq. Seriallardakı zorakılıq, reallıqdan uzaqlaşma, hədsiz şişirtmə, intriqa, ikiüzlülük, yalan tam bir çürümədir. Zorakılıq, cinsəllik və pozğunluq ehtiva edən oyunlar sürü psixologiyasına və reytinq bazarına uyğun olaraq hazırlanır.
Zorakılıq niyə artır? Çünki bu, diqqəti cəlb etməyin ən asan yoludur. Cinsəllik və pozğunluq niyə bu qədər yayılıb? Çünki bu, asılılıq yaratmağın ən asan yoludur. Bəs yalan, qumar, mərc, spirtli içki, narkotik, dinsizlik, korrupsiya, oğurluq necə? Niyə xaos normaya çevrilir?
Çünki epistemik işğalçı (zehnin işğalı ilə məşğul olan güc mərkəzi -red.) təhlükəni görə bilməyən sistem və maraq mərkəzləridir və şüur-əxlaq-insanlıq və yaradılışa uyğunluğu deyil, maraqları naminə reaksiyanı mükafatlandırır. Din əvvəllər məna daşıyır, standartlar müəyyən edir və ümid yaradırdı. Nəzarət vasitəsi kimi istifadə olunmağa başlayandan bəri din sona çatdı və şirk və onun alternativləri ortaya çıxdı. Ailə istiqamətləndirirdi, lakin ailə sevgisi, nizam-intizamı, birliyi və iradəsi dağılmağa başladı. Ətraf mühit və cəmiyyət sərhədləri müəyyən edirdi, lakin azadlıq, nəsillərarası fərqlər adı altında artan məsuliyyətsizlik, həyasızlıq və hədsizlik sərhəd tanımaz hala gəldi.
Mənim həll yolum belədir:
Həqiqət filtri: İnformasiya bolluğu həqiqəti öldürür. Təhsil Nazirliyi: 1-ci sinifdən başlayaraq “Mənbəni Araşdırma Dərsi”. Hər uşaq bu 3 sualı verə bilməlidir: Kim deyir? Niyə deyir? Bədəli nədir?
Diqqət intizamı: Ekran hazırda qiblədir. Nəyə baxırsansa ona ibadət edirsən. Həftədə bir gün bir neçə saat: “Milli ekran orucu”. Televizor-telefon-kompüterin ekranını söndürmək lazımdır. QHT-lər təşəbbüs göstərsin, cəmiyyət buna əməl etsin və hökumət bunu həyata keçirsin.
Bədəl prinsipi: Rəqəmsal bədəl qanunu: Cəzanın sürəti cinayətin sürətini keçməzsə, çəkindirmə iflasa uğrayır.
Məna yaratmaq: Dövlət məna yaratsın: Boşluq reytinqlərlə dolursa, dövlət cinayət ortağı olur. Ünsiyyət, rəsmi və özəl media, agentliklər, Dini İşlər İdarəsi, Milli Təhsil Nazirliyi və Ailə Nazirliyi başda olmaqla digər nazirliklər prosesə cəlb edilsin. Həftədə bir dəfə məna haqqında hekayə məktəblərdə, məscidlərdə, kazarmalarda, küçələrdə, reklam lövhələrində, ekranlarda dinlənsin.
İstiqamət: 2053-2071: Hər məhəllədə, küçədə və prospektdə yerləşdirilən reklam lövhələri: “Bura 2053-cü ildə, 2071-ci ildə necə olacaq?”
Dövlət sektorunda məna, məqsəd və reallıq mərkəzləri, hətta nazirlik yaradılmalı və vəzifəsi mənaya, məqsədlərə, ölçüyə, istiqamətə və məsuliyyətə nəzarət etmək olmalıdır.
Əgər sən düzgün biri olsan, pislik öz-özünə yox olacaq.

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar
Tərcümə etdi: Gülnar Səlimova
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.