RU

Tramp Netanyahunu necə şoka saldı…

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya sərt mesaj ünvanlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Trampın “İsrail artıq Livanı bombalamayacaq, ABŞ tərəfindən buna icazə verilmir. Bəsdir artıq” ifadələrini işlətməsi İsraildə ciddi reaksiya doğurub.

Adı açıqlanmayan mənbələrdən birinin məlumatına görə, Trampın bu çıxışında “tamamilə fərqli və sərt dil” istifadə etməsi Netanyahu və onun komandasını “şoka salıb”.

İsrailli rəsmilər məsələ ilə bağlı Ağ Evdən izahat tələb ediblər.Məlumata görə, Netanyahu və komandası Trampın Livanla bağlı açıqlamalarını mediadan öyrəndiyi və “hazırlıqsız yaxalandığı" deyilir.

Ağ Evdən bir rəsmi isə məsələyə münasibət bildirərək, “Prezidentin Livan və İsrail arasında imzalanan atəşkəs anlaşması İsrailin Livandakı hədəflərə qarşı hücum xarakterli hərbi əməliyyatlar aparmamasını açıq şəkildə müəyyən edir. Ancaq yaxın təhlükə yaradan və ya davam edən hücumlara qarşı özünü müdafiə hüququ saxlanılır”, - deyə qeyd edib. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən sosial şəbəkə paylaşımında ABŞ-ın Hizbullah məsələsini Livanla ayrıca müzakirə edəcəyini vurğulayıb və İsrail Baş naziri Benyamin Netanyahuya “İsrail artıq Livanı bombalamayacaq, buna ABŞ tərəfindən icazə verilmir. Bəsdir artıq” sözləri ilə müraciət edib.

Избранный
14
cebheinfo.az

1Источники