RU

Azərbaycan kibertəhdidlərə qarşı effektiv mübarizə aparır - Deputat (FOTO)

Bakı. Trend:

Məlumat verildiyi kimi Azərbaycan Parlamentinin nümayəndə heyətiTürkiyənin İstambul şəhərində keçirilən Parlamentlərarası ittifaqın152-ci Assambleyasında iştirak edir.

Trend xəbər verir ki, bu gün Assambleya çərçivəsində “BMT-ninkibercinayətkarlığa qarşı konvensiyası: ratifikasiya və icraya dairparlament perspektivləri” mövzusunda keçirilən seminarda MilliMəclisin deputatı Əminə Ağazadə çıxış edib.

Əminə Ağazadə çıxışında qeyd edib ki, “Kibercinayətkarlıq bu günmilli təhlükəsizlik, iqtisadi sabitlik və əsas hüquqların qorunmasıüçün ciddi çağırış yaradır. Bu kontekstdə BMT-ninKibercinayətkarlığa qarşı Konvensiyası beynəlxalq əməkdaşlığıngücləndirilməsi və ümumi hüquqi çərçivənin formalaşdırılmasıistiqamətində mühüm addımdır”

Deputat Əminə Ağazadə Azərbaycan dövlətinin bu prioritetistiqamətə fokuslandığını diqqətə çatdırmışdır. “Bu seminarçərçivəsində qeyd etmək istərdim ki, Azərbaycan bu prosesə böyükəhəmiyyət verir. Ölkəmiz BMT-nin Kibercinayətkarlığa qarşıKonvensiyasını ratifikasiya edən ilk dövlət olmuşdur. Bu da qlobalsəviyyədə əlaqələndirilmiş mübarizəyə güclü sadiqliyimizi nümayişetdirir. Belə ki,10 fevral 2026-cı il tarixində AzərbaycanRespublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının“Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsihaqqında Qanun layihəsini qəbul etmişdir.

Çıxışında Əminə Ağazadə vurğulayıb ki, “Milli səviyyədəAzərbaycan kibertəhdidlərə qarşı effektiv mübarizə aparmaq üçünhüquqi və institusional çərçivəsini gücləndirməyə davam edir vəeyni zamanda görülən tədbirlərin proporsional olmasına və əsashüquqlara hörmət edilməsinə xüsusi diqqət yetirir”

Deputat parlamentin rolununun xüsusilə vacib olduğunu qeyd edib.“Parlament baxımından nəzarət funksiyasının rolu xüsusilə vacibdir.Yeni alət və səlahiyyətlərin şəffaf, məsuliyyətli şəkildə vəhüququn aliliyinə tam uyğun olaraq tətbiq olunmasının təminedilməsi mühüm əhəmiyyət kəsb edir”

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
7
7
az.trend.az

8Источники