RU

Göyçayda bıçaqlanma olub

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsicə alətlə xəsarət yetirib. E.Umudov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

​Milli.Az

Избранный
45
2
milli.az

10Источники