RU

Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi



Ukrayna Prezidenti Zelenski kəşfiyyat məlumatlarına görə, Belarusun Ukraynaya aparan sərhəd bölgələrində yolların çəkildiyini və artilleriya mövqelərinin qurulduğunu açıqlayıb.

Baş Qərargah rəisi Aleksandr Sırskinin hesabatına istinadən bu məlumatı sosial mediada paylaşan Zelenski, Rusiyanın Belarusu müharibəyə cəlb etməyə çalışdığını iddia edib. O, Kiyevin lazımi kanallar vasitəsilə Belarus hökumətini xəbərdar etdiyini və Ukraynanın öz suverenliyini müdafiə etməyə hazır olduğunu vurğuladığını bildirib.

Zelenski Belarusun xüsusi hərbi əməliyyatda iştirak etmə ehtimalına qarşı Aleksandr Lukaşenkoya "Venesuela təcrübəsi"ni xatırladıb və onu hədələyib.

Tahir TAĞIYEV

Избранный
26
baki-xeber.com

1Источники