RU

Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

Bakı. Trend:

Antalya Diplomatik Forumu çərçivəsində AzərbaycanRespublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov AlbaniyaRespublikasının Avropa və Xarici İşlər Naziri Ferit Hoca iləgörüşüb.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, CeyhunBayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və onabu vacib vəzifədə uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq gündəliyi müzakirə olunub. Tərəflər siyasi dialoq,iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat vəkommunikasiya, turizm, təhsil və mədəniyyət sahələri üzrə fikirmübadiləsi aparıblar.

Enerji sektorunda əməkdaşlıq ikitərəfli münasibətlərininkişafında əsas amil kimi vurğulanıb. Dostluq, qarşılıqlı hörmətvə qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha dainkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyivurğulanıb.

Regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həllindədialoq və diplomatiyanın rolu da vurğulanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
25
6
az.trend.az

4Источники