RU

“Lids” 3 xalı 3 qolla qazandı

İngiltərə çempionatının 33-cü turunda “Lids” doğma meydanda “Vulverhempton”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça fəal başlayan “Lids” artıq 18-ci dəqiqədə hesabı açıb. Ceyms Castin fərqlənib, məhsuldar ötürmə Noa Okafordan gəlib.

Cəmi iki dəqiqə sonra “Lids” üstünlüyünü artırıb. Bu dəfə Okafor özü qol vurub, ötürməni Brenden Aaronson edib.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə yekun hesab müəyyənləşib. 90+5-ci dəqiqədə Dominik Kalvert-Lyüin penaltini dəqiq yerinə yetirərək üçüncü qolu vurub.

Bu qələbə sayəsində “Lids” xallarını 39-a çatdıraraq turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. “Vulverhempton” isə 17 xalla sonuncu sırada qalır.

Избранный
16
90deqiqe.az

1Источники