RU

BRICS ölkələrinin qlobal iqtisadiyyatdakı payı rekord həddə çatıb...

...BRICS ölkələrinin qlobal iqtisadiyyatdakı payı rekord qıraraq 2025-ci ilin sonuna qədər 39 faizə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verir.

...Beynəlxalq Valyuta Fondunun məlumatına görə, BRICS ölkələrinin qlobal ÜDM-dəki payı il ərzində 0,5 faiz bəndi artaraq 39,2 faizə çatıb ki, bu da dinamik inkişaf edən iqtisadiyyatlar birliyi üçün rekord göstəricidir.

BRICS-in payı G7 ölkələrindən 11 faiz bəndi öndədir və rekord fərq yaradır.

2024-cü ildə bu göstərici 9,8 faiz bəndi təşkil edib.

Qlobal ÜDM-ə ən böyük töhfəni Çin verir (19,6 faiz).

İlk üçlükdə Hindistan (8,2 faiz) və Rusiya (3,4 faiz) də yer alır.

Onları İndoneziya, Braziliya, Misir, İran, Cənubi Afrika, BƏƏ və Efiopiya izləyir.

G7 ölkələri arasında ən böyük iqtisadiyyata ABŞ (14,6 faiz) malikdir.

Yaponiya (3,3 faiz) və Almaniya (2,9 faiz) da ilk üçlükdədir. Bundan əvvəl Qırğızıstan ölkələrə dollardan asılılığını azaltmağa və BRICS ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmağa imkan verən ödəniş sistemi olan Brics Pay-a qoşulmaq niyyətini açıqlamışdı.

Əli Babayev

Избранный
18
1
sia.az

2Источники