Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün ilk olaraq “Karvan-Yevlax” doğma meydanda “Şamaxı”nı qəbul edib. Matç ev sahibinin qələbəsilə başa çatıb – 1:0.
Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Çempionluq uğurundakı vacib matçda “Qarabağ” lider “Sabah”a məğlub olub – 0:1.
Misli Premyer Liqası
28-ci tur
18 aprel (şənbə)
“Karvan-Yevlax” – “Şamaxı” 1:0
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 15:30
“Qarabağ” – “Sabah” 0:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30